Baş Dövlət Yol Polisi İdarəsinin xüsusi taqımının əməkdaşları tərəfindən narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücünün qanunazid hərəkətlərinin qarşısı alınıb.
bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
Belə ki, Azər Kərimov "Hyundai" markalı avtomobili təhlükəsizlik kəmərini bağlamadan idarə etdiyi üçün yol-patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Sənədlərin yoxlanılması zamanı Azər Kərimovun nəqliyyat vasitəsini etibarnaməsiz idarə etməsi müəyyən olunub. Bununla yanaşı, hərəkətləri şübhə doğurduğundan tibbi müayinədən keçməyə dəvət edilsə də, o, polisin qanuni tələblərinə tabe olmayaraq, bundan imtina edib. Görülən tədbirlərlə tibbi müayinədən keçirilən Azər Kərimovun narkotik maddə qəbul etməsi aşkarlanıb.
Faktla bağlı inzibati qanunvericiliyə uyğun müvafiq protokollar tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.
Mənbə: oxu.az