RU

Övladını istəməyən analar onları bu qutulara buraxır - Qeyri-adi HAL

Sosial şəbəkələrdə bəzi istifadəçilər “istənməyən körpələrin” buraxıldığı qutuların olduğunu iddia edərək fotolar paylaşıb.
Sağlamolun.az xəbər verir ki, Almaniyada, xəstəxanalarda valideynlər körpəsini gizli tərk edə bilsin deyə, “baby box” hazırlanıb. Belə qutuların sayı artmaqda davam edir.

“Baby box” qutuları gizli doğum edən, hamiləliyini gizlədən, həkim yardımı və nəzarəti olmadan dünyaya uşaq gətirən qadınların övladlarından imtina etmək istədikləri zaman müraciət etmələri üçün yaradılıb. Xəstəxanaların xarici divarına yerləşdirilən “Babyklappe” adlı sistemdə körpə sobaya bənzəyən qapaqlı kupeyə yerləşdirilir. Qutunun bağlanmasından bir müddət sonra içəridəki həyəcan siqnalı çalmağa başlayır və xəstəxana işçilərini xəbərdar edir. Körpə personal tərəfindən 2-3 dəqiqə ərzində xəstəxana daxilində kupenin kənarından götürülür. Qutunun içərisində yazılmalı olan forma da var. Körpəni tərk edən şəxs bu formada şəxsi məlumatlarını yaza bilər. Bu məlumatlar saxlanılır və uşaq 16 yaşından sonra anasının məlumatını öyrənmək üçün müraciət edə bilər .
Qeyd edək ki, ilk müasir uşaq qutuları 2000-ci ildə yerləşdirilib.

Saglamolun.Az





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
113
1
saglamolun.az

2Источники