Türkiyə hökuməti Çindən gətirilən hazır avtomobillərə qarşı qoruyucu rüsumlar tətbiq etmək qərarına gəlib.
KONKRET.az xəbər verir ki, “Bloomberg”in proqnozuna görə, iyul ayında bu ölkə Çin avtomobillərinə idxal rüsumlarını 40% artıracaq. Rüsum hər avtomobil üçün ən azı 7 min dollar olacaq.
Son illər Türkiyə avtomobil bazarında Çin markaları aktiv şəkildə artır. 2024-cü ilin yanvar-aprel aylarında 29 539 yeni Çin minik və yüngül kommersiya avtomobili satılıb ki, bu da ümumi avtomobil bazarının 7,8%-ni təşkil edir.
Burhan,
KONKRET.az