Almaniyada təşkil edilən futbol üzrə Avropa çempionatında bu gün 1-ci turun daha 3 oyunu keçiriləcək.
QOL.az xəbər verir ki, 2-ci oyun günündə A və B qrupunun matçları oynanılacaq.
A qrupunda Macarıstan İsveçrə ilə qarşılaşacaq. Oyun saat 17:00-da başlayacaq.
B qrupunun ilk görüşündə İspaniya və Xorvatiya milliləri üz-üzə gələcək. Bu görüşün start fiti saat 21:00-da veriləcək.
B qrupununun daha bir matçında İtaliya və Albaniya milliləri qarşı-qarşıya gələcək. Oyun saat 23:00-da start götürəcək..
Qeyd edək ki, turnirin açılış matçında ötən gün meydan sahibi Almaniya millisi Şotlandiyanı 5:1 hesabı ilə məğlub edib.
15 iyun
Avro-2024
A qrupu, 1-ci tur
17:00. Macarıstan - İsveçrə
Baş hakim: Slavko Vinçiç (Sloveniya).
Köln, “Reyn Enerqi” stadionu.
B qrupu, I tur
20:00. İspaniya - Xorvatiya
Baş hakim: Maykl Oliver (İngiltərə).
Berlin, Olimpiya stadionu
B qrupu, 1-ci tur
23:00. İtaliya - Albaniya
Baş hakim: Feliks Çvayer (Almaniya).
Dortmund, "Siqnal İduna Park" stadionu