İran və İsveç məhbusların mübadiləsi barədə razılığa gəlib
İran və İsveç Omanın vasitəçiliyi ilə saxlanılan vətəndaşların mübadiləsi ilə bağlı razılığa gəlib.
"Report" Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Oman Xarici İşlər Nazirliyi məlumat yayıb.
Mübadilə proseduru bu gün Omanın paytaxtı Maskatda baş tutacaq.