Dünya ilə ilk ünsiyyəti sevgi və qayğıdan keçən o məsum körpələrin ata-anaları tərəfindən sevilmədikləri halda, bilirsinizmi nə ola bilər? Bizimyol.info "webtekno"ya istinadən xəbər verir ki, sevgi çatışmazlığından qaynaqlanan bağlılıq problemləri onların fiziki inkişafı ilə yanaşı, emosional və sosial inkişafına da ciddi təsir göstərə bilər. Əminik ki, uzun müddət ərzində baş verən amansız reallıqları oxuyarkən: "Sevməyəcəksinizsə, niyə dünyaya gətirirsiniz?", - deyəcəksən. Sevgisizliyin emosional təsirləri Körpələrin inkişafı və özlərini təhlükəsiz hiss etmələri üçün valideynlərinin diqqət və sevgisinə ehtiyacı var və təbii ki, bu çatışmazlıqların ən mühüm təsiri emosionallıq üzərindədir. Sevginin olmaması körpələrdə güvənsizlik hissi yaradır və bu vəziyyət sonrakı illərdə özünü büruzə verir. Fikirləşin, hətta valideynləriniz də sizi sevmirsə, başqasının sevgisinə necə inanmaq olar? Bu düşüncəyə sahib olan körpələrin stress səviyyəsi daha yüksəkdir. Onlarda kortizol hormonu da stresslə yüksək səviyyədə olur. Kortizolun əhəmiyyəti beyin inkişafında çox vacibdir. Mənfi təsirlənən beyin inkişafı da emosional balanssızlıqlara gətirir. Sosial inkişafda geriləmə Sevgi və diqqət görməyən körpələr daha sonra həyatda sosial əlaqələr qurmaqda çətinlik çəkə bilərlər. Empatiya bacarıqlarında geriləmə və sosial narahatlıq kimi problemlərlə yanaşı, oyun oynamaqda və dostluq etməkdə yaşıdlarından daha çox çətinlik çəkirlər. Fiziki inkişafa və sağlamlığa təsiri Sevginin olmaması təkcə emosional və sosial inkişafa təsir etmir, həm də fiziki sağlamlığa mənfi təsir göstərir. Onların tez-tez xəstələndiyini görə bilərik, çünki immunitetləri zəifləmiş ola bilər. Əslində sevginin olmaması və laqeydlik körpələrin sağlamlığına mənfi təsir göstərə bilər. Bundan əlavə, sevgisiz böyüyən körpələrin böyümə hormonları mənfi təsir göstərərək, fiziki inkişafın ləngiməsinə səbəb ola bilər. Uzunmüddətli psixoloji nəticələr Valideyn sevgisindən məhrum olan körpələr yetkinlik dövründə də bu çatışmazlığın təsirini hiss etməyə davam edə bilərlər. Depressiya, aşağı özgüvəni və bağlılıq problemləri kimi problemlər, sevgidən məhrum olan körpələrin həyatlarının sonrakı dövrlərində rastlaşa biləcəyi ümumi psixoloji problemlər arasındadır. Gördüyünüz kimi, valideyn sevgisi körpənin sağlam böyüməsi və inkişafı üçün əvəzsiz elementdir. Ona görə də dünyaya gətirmək kifayət deyil, onların da sevgi dolu bir mühitə ehtiyacı var. Qadir, Bizimyol.info
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта