RU

İrəvan sülh proqramını buna görə qəbul edib

"Biz müstəqilliyi, suverenliyi, dövlətçiliyi ölkəmizin və vətəndaşlarımızın təhlükəsizliyinin, rifahının, azadlığının, ədalətinin və xoşbəxtliyinin təmin edilməsinin ən ali aləti hesab edirik. Bunun üçün biz sülh proqramı qəbul etdik".

Publika.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan “Mülki müqavilə” partiyasının təşəbbüs qrupunun Qapanda keçirilən iclasında bildirib.

"Mənim qiymətləndirməm belədir və mən əminəm ki, bu ideologiya yavaş-yavaş cəmiyyətdə kök salır. Əsl Ermənistanın ideologiyası ondan ibarətdir ki, biz hamımız, Ermənistan xalqı, Ermənistan vətəndaşları, Ermənistanın dövlət qurumları bu Ermənistanın ehtiyaclarına diqqət yetirməliyik. Yəni fəaliyyətimizin məqsədi, təyinatı, mənası və məzmunu məhz bu Ermənistanın ehtiyaclarına yönəlmək olmalıdır”, - deyə o bildirib.

Qeyd edək ki, 4 iyun tarixində Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib ki, İrəvan Azərbaycanın sülh müqaviləsi layihəsi ilə bağlı son təkliflərinə yenidən işlənmiş 9-cu nəşri göndərməklə cavab verib.

Избранный
245
publika.az

1Источники