Bakı. Trend:
Norveç hakimiyyəti qış gələnə qədər Ukraynaya enerji sisteminibərpa etmək və elektrik enerjisi ilə təmin etmək üçün 103 milyondollar göndərəcək.
Trend-in məlumatına görə, bu barədə Qərb KİV-ləri Norveçin başnaziri Yonas Qar Störeyə istinadən bildirib.
"Biz bu vəsaitlərdən ən səmərəli şəkildə necə istifadə etməkbarədə Ukrayna ilə sıx əlaqə saxlayırıq", - deyə o qeyd edib.
Baş nazir vurğulayıb ki, qışa qədər bərpa işlərinəbaşlanmalıdır. Eyni zamanda, Xarkov vilayətində təmirə 11,2 milyondollar xərclənəcək; bir neçə yerdə günəş panellərininquraşdırılması nəzərdə tutulub.