RU

Messi məşqçi olmaq istəmir

Uzun müddətdi ki, tikintisi davam edən Şövkət Orduxanov adına Qusar şəhər stadionunda işlər demək olar ləng edir.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, yeganə olaraq bölgə kimi peşəkar liqada iki komandayla təmsil olunan Qusarın hər iki klubu üzümüzə gələn mövsümdə də didərgin düşəcək. Çünki Qusar şəhər stadionunun bu ilin may ayında istifadəyə veriləcəyi gözlənilirdi. Lakin işlərin fasilə verilərək davam etdirilməsi planları pozub.

Şəhərin Azərbaycan II liqasında çıxış edən iki təmsilçisi – “Şahdağ Qusar” və “Qusar” klubları sözugedən arenanın hələ də istifadəyə verilməməsi səbəbindən, rəqiblərini başqa stadionda qəbul edəcək. Arenada yenidənqurma işləri ən yaxşı halda ilin sonuna kimi yekunlaşacaq.

Şəhərin iddialı komandası “Şahdağ Qusar” Şamaxı Olimpiya Kompleksinə (OİK) üz tutacaqsa, “Qusar”ın isə yenidən Sumqayıtdakı “Kapital Bank Arena”da ev oyunlarını keçirəcəyi gözlənilir.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
78
idmanxeber.az

1Источники