RU

Borc üstündə mübahisə bıçaqlanma ilə nəticələndi

Cəlilabad rayonunda bıçaqlanma hadisəsi baş verib. 

Hadisə Cəlilabad rayonunun Sabirabad kəndində qeydə alınıb. 

Belə ki, rayon sakini Babək Əliyev Sabirabad kənd sakini ilə aralarında düşən mübahisə zəminində bıçaqlanıb. Yaralı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

İlkin məlumata görə, Babək Əliyev borc verdiyi adamdan pulunu almaq istəyən zaman bıçaqlanıb. 

Faktla bağlı araşdırma aparılır.

Report

Избранный
387
press.az

1Источники