İsrailin baş naziri Benyamin Netanyahu hərbi kabineti buraxdığını elan edib.
Day.Az bu barədə ölkənin yerli KİV-lərinə istinadən xəbər verir.
Netanyahu qeyd edib ki, Benni Qants kabineti tərk etdiyi üçün bu strukturun fəaliyyətinə də ehtiyac qalmayıb.
Qeyd edək ki, bu struktur ötən il oktyabrın 11-dən etibarən HAMAS ilə mübarizə məqsədləri üçün yaradılmışdı.