İsrailin Baş naziri Benyamin Netanyahu ölkədə fövqəladə hərbi kabinetin fəaliyyətini dayandırdığını elan edib.
Bu qərarın İsrail müxalifətinin lideri Benni Qantsın koalisiyanı tərk etməsindən sonra verildiyi qeyd olunur. Belə ki, fövqəladə hərbi kabinetin üzvü olan Qants Qəzza zolağının müharibədən sonrakı gələcəyi ilə bağlı Netanyahu ilə fikir ayrılığına görə iyunun 9-u hökumətdən istefa verdiyini açıqlamışdı.
www.anews.az