RU

“Neftçi”nin sabiq baş məşqçisinin AVRO-2024 proqnozu

“Neftçi”nin sabiq baş məşqçisi Adrian Mutu Rumıniya millisinin AVRO-2024-dəki şanslarını dəyərləndirib. Mütəxəssis komandalarının E qrupundan çıxmaq gücündə olduğunu düşünür. “Neftçi”nin sabiq baş məşqçisi Adrian Mutu Rumıniya millisinin AVRO-2024-dəki şanslarını dəyərləndirib. Matc.az xəbər verir ki, mütəxəssis komandalarının E qrupundan çıxmaq gücündə olduğunu düşünür. Onun fikrincə, rumınlar Ukrayna, Belçika və Slovakiya ilə yer aldığı qrupdan çıxmalıdı: “Düzünü desəm, yaxşı şanslarımız var. Kağız üzərində Belçika bizdən üstündü. Adlar baxımından Ukraynanın da güclü komandası var. Lakin bu, onların bizdən üstün olacağı anlamına gəlmir. Nə Ukrayna, nə də Slovakiya bizdən güclüdü. Qrupda ikinci yer bizim olmalıdı”. Qeyd edək ki, Rumıniya millisi turnirdə ilk oyununu bu gün Ukraynaya qarşı keçirəcək.

Избранный
212
matc.az

1Источники