Bakı. Trend:
Şahmatın rapid və blits növləri üzrə dünya çempionatınıntəşkilatçı ölkəsi bəlli olub.
Trend İdman.biz-əistinadən xəbər verir ki, mundial ilin sonunda Nyu-Yorkdakeçiriləcək.
Bu barədə Beynəlxalq Şahmat Federasiyası (FİDE) məlumat yayıb.Açıqlamada FİDE-nin dünya çempionatının Nyu-Yorkda təşkilini çoxdanarzu etdiyi bildirilib.
Qeyd edək ki, kişilərin mübarizəsində rapid və blits üzrəhazırki dünya çempionu norveçli Maqnus Karlsendir. Qadınlarınyarışında isə rusiyalılar Anastasiya Bondaruk rapid, ValentinaQunina isə qalib olublar.