RU

Çin və Cənubi Koreyanın 2+2 formatında dialoqu olub

Bakı. Trend:

Çin və Cənubi Koreyanın xarici siyasət və müdafiə qurumlarınınsəlahiyyətli şəxslərinin 2+2 formatında Seulda görüşü olub.

Trend xəbər verir ki, nümayəndə heyətlərinə Cənubi Koreyatərəfdən xarici işlər nazirinin müavini Kim Honq-kyun, Çin tərəfdənisə həmkarı Sun Veydon rəhbərlik edib. Cənubi Koreya MüdafiəNazirliyinin beynəlxalq siyasət departamentinin baş direktoru LiSunq-bom və Çin Mərkəzi Hərbi Şurasının beynəlxalq hərbi əməkdaşlıqofisinin direktor müavini Can Baoçunun da iştirak etdiyi görüş ikiölkənin münasibətlərini sabitləşdirmək cəhdləri çərçivəsində baştutub.

Cənubi Koreya XİN-in görüşdən əvvəlki açıqlamasında deyilir ki,2+2 formatındakı görüşdə ikitərəfli münasibətlər, Koreyayarımadasındakı vəziyyət də daxil olmaqla qarşılıqlı maraq doğuranməsələlər müzakirə olunacaq.

Diqqətçəkən məqam odur ki, Seul-Pekin təhlükəsizlik vədiplomatiya dialoqu Rusiya Prezidenti Vladimir Putinin ŞimaliKoreyaya səfəri ilə eyni vaxta təsadüf edir.

“Bu formatda dialoqun aparılması Pxenyanın Pekin və Moskva iləüçtərəfli blok yaratmaq cəhdlərini Çinin dəstəkləməyəcəyinə dairŞimali Koreyaya mesajdır”- deyə Hankuk Universitetinin beynəlxalqmünasibətlər üzrə professoru Kanq Cun-younq bildirib.

Şərhçilər hesab edir ki, Seul 2+2 formatındakı dialoqla ÇiniŞimali Koreya məsələsində daha konstruktiv rol oynamağaçağırır.

Qeyd edək ki, 2+2 formatındakı dialoqun təşkili barədə razılıqCənubi Koreya Prezidenti Yun Sok Yolun Çinin Baş naziri Li Çian iləmayda keçirilmiş görüşündə əldə olunub.

Избранный
181
50
az.trend.az

10Источники