Azərbaycanın keçmiş Prezidenti Əbülfəz Elçibəyin mətbuat katibi olmuş Arif Əliyev öz gözləri ilə gördüklərindən danışır.
O, Səadət Akifqızının suallarını cavablandırıb.
Videoya YouTube kanalımızda baxın.
Video müsahibənin ilk hissəsində Arif Əliyev müstəqilliyin ilk illərində, Əbülfəz Elçibəyin hakimiyyəti dövründə Rusiyanın Azərbaycana təzyiqlərindən danışıb.
"Mən Kazimirova dedim ki, axı siz adam kimi demirsiniz ki, nə istəyirsiniz?", - Arif Əliyev Rusiya rəsmisinə dediklərini xatırlayır.
Onun sözlərinə görə, Rusiya o vaxtı hər şeyi, hakimiyyəti istəyirmiş.
Arif Əliyev həmçinin Əbülfəz Elçibəyin prezidentliyi dövründə Azərbaycanda hakimiyyətə Heydər Əliyevin gətirilməsi iddialarından da danışıb.
Onun sözlərinə görə, Əbülfəz Elçibəyin Heydər Əliyevlə təkbətək görüşündə ikinci Prezident Elçibəyin "psixoloji portretini 100 faiz özü üçün cızmışdı".
"Demokratiyada böyük uğursuzluq oldu, amma Heydər Əliyev Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi vəzifəsini həyata keçirdi", - Arif Əliyev deyib.
O, Əbülfəz Elçibəyin prezidentlik postunu tərk edib Naxçıvana, Kələki kəndinə getməsindən, özünün bir müddət orada Prezidentin yanında çalışmasından, cənab Elçibəyin oradan siyasi proseslərdə iştirakından danışıb.
Arif Əliyev həm də Azərbaycan tarixində "iyun hadisələri" kimi yadda qalan Sürət Hüseynovun hərəkətlərindən, hakimiyyətdə onun fəaliyyəti barədə qərarsızlıqlardan və dövlətin Gəncədə baş verən hadisələrə reaksiyasından da bəhs edib.
Paylaşımını ötürün YouTubeGoogle YouTube məzmununa icazə varmı?
Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Qəbul edin və davam edinXəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil. YouTube məzmununda reklam ola bilər.
Paylaşımın sonu YouTube
Məzmun mövcud deyil
Daha çoxu üçün YouTubeBBC kənar saytların məzmununa məsul deyil.