Valeriana (Valeriana officinalis) əsrlər boyu xalq və ənənəvi təbabətdə istifadə olunan çoxillik dərman bitkisidir. Bu bitki Avropa, Asiya və Şimali Amerikada geniş yayılmışdır. Valeriana sakitləşdirici xüsusiyyətləri ilə tanınır və zəif antispazmolitik təsir göstərir. Əsas dərman komponenti köküdür. Valerianın fəaliyyət prinsipi bitkinin aktiv komponentlərinin orqanizmin müxtəlif sistemlərinə ilə, ilk növbədə mərkəzi sinir sisteminə kompleks təsirinə əsaslanır. Almaniya istehsalı Valerianaheel preparatının tərkibində uğurlu sinergizm yaradan Valeriana officinalis və onun təsirini gücləndirən
Crataegus (yemişan Humulus lupulus (mayaotu)-emosional gərginliyi, yuxu pozulmalarını aradan qaldırır, sakitləşdirir. Hypericum perforatum (dazıotu) D1- antidepressiv və tonuslandırıcı təsir edir Melissa (ballı nanə)- stresə qarşı ümumi tolerantlığı artırır Chamomilla recutita (çobanyastığı)- (həyəcanı aradan qaldırır) Avena sativa (yulaf)- (yüngül və davamlı sakitləşdirici təsir göstərir) Acidum picrinicum D5-bioritmlərin normallaşmasına təsir edir və iş qabiliyyətini artırırKalium bromatum D1 Ammonium bromatum D1 Natrium bromatum D1 -( sinir hüceyrələrinin mineral balansını və sinir impulslarının ötürücülüyünü yaxşılaşdırır) kimi bitki və mineral komponentlər var. Valerianaheel-in əsas təsir mexanizmləri:-GABA-ya təsiri (qamma-aminoyağ turşusu) - mərkəzi sinir sistemindəki əsas mediatorlardan biridir, beyində oyanıqlıq-tormozlanma proseslərini tənzimləyir. Əsas təsir mexanizmi – GABAergik vasitəçiliyi gücləndirməklə sinir sistemində həyəcanı azaltmaqla sakitləşdirici təsir göstərməkdir. GABA səviyyələrinin artırılması yuxunun dərin mərhələlərinə keçməsinə kömək edərək yuxu keyfiyyətini artırır. Serotonin sisteminə təsiri: beyində serotonin səviyyəsini artırmaqla yuxu və əhval-ruhiyyənin yaxşılaşmasına kömək edir. Orqanizmdə serotonin yuxu-oyanma dövrünün tənzimləyicisi və bioloji ritmləri sinxronlaşdırıran melatoninə çevrilir. Benzodiazepin reseptorları ilə qarşılıqlı əlaqə - tərkibindəki hidroksipinoresinol, yuxu keyfiyyətini yaxşılaşdıran benzodiazepin reseptorlarına bağlana bilir. Antispazmolitik təsir - saya əzələ hüceyrələrinə təsirinə görə valerian spastik ağrıları yüngülləşdirir. Orqanizmin müxtəlif sistemlərinə kompleks təsiri nəticəsində Valerianaheel nəzərəçarpan rahatlaşdırıcı xüsusiyyətə malikdir, bu da onu stress, narahatlıq, əsəbilik və əzələ gərginliyini aradan qaldıran faydalı vasitə edir. Valerianaheel-in yumşaq təsir göstərdiyini nəzərə alaraq, yaxşı nəticələr əldə etmək üçün müntəzəm və davamlı istifadəsi tövsiyə olunur. Daha yaxşı nəticələr əldə etmək üçün preparatla yanaşı sağlam həyat tərzi, balanslaşdırılmış pəhriz və müntəzəm fiziki fəaliyyət də vacibdir. Valerianaheel - çoxsaylı komponentlərinin müalicəvi xüsusiyyətləri hesabına həyat keyfiyyətini yaxşılaşdırır, stresi azaldır və sinir sisteminin sağlamlığı qoruyur. İstifadə qaydası: 15 damcı 3 dəfə (30 ml suda həll edib yeməkdən 30 dəqiqə əvvəl içmək).