RU

Mourinyo nə üçün ''Fənərbaxça''nı seçdi?

“Fənərbaxça''nın başına keçməklə bütün dünyada bu kluba və Türkiyə futboluna marağı artıran Joze Mourinyo Almaniyada bu təyinatla bağlı yeni açıqlamalar verib.
“Football-plus.az” xəbər verir ki, Münhendə keçirilən bir tədbirdə iştirak edən ünlü portuqaliyalı mütəxəssis İstanbul nəhəngini seçməsinin səbəbləri barədə danışıb:
''Fənərbaxça''nın layihəsi özü məni seçdi. Orda yeni seçkilər keçirildi. Hər iki namizəd məni klubun başına gətirmək istəyirdi. Təbii ki, mənim gəlməyimi həm özləri üçün, həm də klub üçün istədilər. Adım gündəmə gələn kimi sosial şəbəkələrdəki səhifələrimdə əsil çılğınlıq yaşanmağa başlandı. Hesablarım klubun rənglərindən ibarət ürək şəkilləri ilə dolmağa başladı. Bunun mənə kifayət qədər təsiri olur. ''Fənərbaxça'' çox böyük klubdu. Amma digər tərəfdən 2014-dən bu yana çempion ola bilmirlər. Mənim karyerama nəzər salsaz, görərsiz ki, uzun müddət uğura ac olan klublarda önəmli işlər görmüşəm. ''Çelsi'' ilə təxminən 50 illik fasilədən sonra premyer-liqanı, ''İnter'' ilə 45 illik fasilədən sonra Çempionlar Liqasını qazandım. Bu cür klublarda çalışmaq mənim profilimə uyğundu. İndiyə qədər Milan, Madrid, Lissabon, Portu kimi gözəl şəhərlərdə yaşamışam. İndi də daha bir gözəl şəhərə - İstanbula yollanacam. Bu baxımdan çox şanslı biriyəm. Yeni klublarımda ilk mətbuat konfranslarım hər zaman maraqlı keçir. Amma mən özümü bir marka kimi hiss etmirəm. ''Fənərbaxça'' ilə imza mərasimində stadion dolmuşdu. Hiss olunurdu ki, fanatlar mənim gəlməyimə çox sevinir. Mən də həmin an içimdən gələn sözlər dedim və ''bu forma artıq mənim dərimdi'' ifadəsini işlətdim''.


ƏLİ
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
128
50
football-plus.az

10Источники