RU

Məşhur reper HƏBS EDİLDİ - FOTO

33 yaşlı reper Travis Skott başqasının ərazisinə girməyə cəhd etdiyi üçün polis tərəfindən saxlanılıb. 

 

Sfera.az bildirir ki, hadisə bu gün Mayami-Biçdə baş verib. Mayami-Biç polisi sərxoş vəziyyətdə olan Travis Skottu sərhəd pozmaqda ittiham edərək həbs edib.

 

Məlum olub ki, reper əmlaka müdaxilə etməkdə ittiham olunub. Onun sərxoş olduğu da məlum olub.

 

Polisin məlumatına görə, Travis çarter gəmisində olub və ekipaj üzvləri ilə mübahisə edib. Travisdən getməsi tələb olunub. O getsə də, geri qayıdıb və ekipaj ilə yenidən mübahisə edib. Bu dəfə o, getməkdən imtina edib və həbs olunub.

 

Qeyd edək ki, Travis ilk dəfə deyil ki, asayişi pozmaqda ittiham olunur. 2015-ci ildə, çox məşhur olduğu zamanlar Lollapaloozada təhlükəsizlik xəbərdarlığına məhəl qoymamaq və nizamsız davranışa görə həbs edilib.

 

Həmin il İsveçdə səhnədə reper izdihamlı kütləni onun ayaqqabısını götürən adama hücum etməyə təşviq edib. 

 

2017-ci ildə Arkanzasda bənzər hadisəyə görə üçüncü dəfə həbs olunub. 

 

Travisin zorakı hərəkətləri və izdihamı tez-tez təşviq etməsi 2021-ci ilin noyabrında Astroworld Festivalında tələfatla nəticələnib.  Onun səhnədə çıxışı zamanı izdihamın artması 10 nəfərin ölümü ilə nəticələnib.


2023-cü ildə Nyu Yorkdakı Nebula gecə klubunda isə növbəti insident  baş verib. Belə ki, Travis səs çox yüksək olduğu üçün musiqini söndürməyi xahiş edən bir səs mühəndisinə hücum edib. Travis adamın başına yumruq vurub, nəticədə o, təcili tibbi yardımla xəstəxanaya çatdırılıb. Travis klubu tərk etməzdən əvvəl məkandakı təxminən 12.000 dollar dəyərində səs aparatına da ziyan vurub.


Xatırladaq ki, iki gün əvvəl Castin Timberleyk də dostları ilə şam yeməyindən sonra polis tərəfindən saxlanılıb. Müğənni son albomunun təqdimetmə ərəfəsində qastrol səfərində olub.

 

O, Nyu-Yorkda sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün həbs edilib.

 

 

Aynil

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
68
1
sfera.az

2Источники