RU

Məşhur iş adamı hücuma məruz qalıb

Məşhur

Türkiyənin məşhur iş adamı Kaya Sabançı hücuma məruz qalıb. Göltürkbükü səmtində dəbdəbəli bir yerdə yaşayan Sabancının restoranın açılışında hücuma məruz qaldığı bildirilir.

Reyting.az
xəbər verir ki, hadisə yerinə gələn səhiyyə qrupu Kaya Sabançını təcili tibbi yardım avtomobili ilə xüsusi xəstəxanaya aparıb.

Sabancının sol gözündən zərbə aldığı və xəstəxanada müşahidə altında saxlanıldığı bildirilir.

Kaya Sabancının vəkili Ömər Reşat Kayran jurnalistlərə açıqlamasında iş adamının daha əvvəl bir sayt sahibi ilə ədavət yaşadığını və davanın bu səbəbdən baş verdiyini iddia edib.

Məlumat üçün qeyd edək ki, sabançılar Türkiyənin ən zəngin ailələrindən biridir.

V. QULİYEV
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
116
reyting.az

1Источники