Paytaxtın "Zığ yolu" kimi tanınan magistralında dəhşətli qəza hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, "Hyundai" markalı avtomobilin sürücüsü qəfildən yolun kənarında dayanıb. Bu zaman arxadan yüksək sürətlə gələn motosiklet ona çırpılıb. Nəticədə motosiklet sürücüsü yolun ortasına yıxılıb. Sürətlə gələn digər avtomobilin sürücüsünün ani manevr etməsi motosikletçini təkərin altına düşməkdən xilas edib.
Hadisə nəticəsində motosiklet sürücüsü ağır xəsarət alıb. Hadisə şahidlərinin köməkliyi ilə xəstəxanaya çatdırılıb. Fakla bağlı araşdırma aparılır.
Videonu təqdim edirik:
Könül