Yeni Azərbaycan Partiyasını (YAP) Milli Məclisdə təmsil edən deputatlar altıncı çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Azərbaycan Prezidentinə müraciəti Milli Məclisdə dinlənilir.
Milli.Az APA-ya istinadən bildirir ki, müraciəti deputat Hikmət Babaoğlu səsləndirir.
Müraciətdə qeyd edilib ki, indiki şəraitdə də Milli Məclis dövlətçilik nümunəsi göstərməli və seçkilərin daha erkən keçirilməsi təşəbbüsü ilə çıxış etməlidir: "YAP-ı Milli Məclisdə təmsil edən deputatlar 6-cı çağırış Milli Məclisin buraxılması üçün xahiş edir".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun