“Hakim Yeni Azərbaycan Partiyasının (YAP) parlamentin buraxılması ilə bağlı təşəbbüsünü hüquqi baxımdan doğru hesab edirəm”.
“Cebhe.info” xəbər verir ki, bunu parlamentin bugünkü iclasında deputat Fazil Mustafa deyib.
O bildirib ki, hüquqi baxımdan seçkilərin müddətini uzatmaq pozuntu olardı:
“Seçkini əvvələ çəkmək isə tam qanunauyğundur. Konstitusiyaya görə yalnız müharibə vəziyyətində seçkilərin müddətini uzatmaq olar. Şükür ki, artıq ölkəmizdə müharibə şəraiti yoxdur”.