RU

Çinli tərtibatçılar süni intellektə qoşunları idarə etməyi öyrədiblər

Çin alimləri qoşunlara komandanlıq edə bilən ilk robotun prototipini yaradıblar.

Herbiand.az bu barədə lenta.ru-ya istinadən xəbər verir.

Robot-komandir süni intellekt əsasında işləyir ki, bu da ona cəbhənin müəyyən hissəsində vəziyyəti təhlil etməyə, qərarlar qəbul etməyə və tabeliyində olanlara əmrlər verməyə kömək edir. Virtual simulyasiyalarda sınaqdan keçirilmiş maşın insan müdaxiləsi olmadan qoşunlara effektiv komandanlıq etmək qabiliyyətinə malikdir.

Mütəxəssislərin fikrincə, maşın müəyyən bilik bazasına malikdir. O, düşmənin hərəkətlərini təhlil edə bilir və keçmiş hərbi rəhbərlərin təcrübəsinə istinad edir. Lakin maşının yeganə problemi onun yaddaşıdır ki, vaxtaşırı lazımsız məlumatlardan təmizlənməlidir.

Yeni robotlar Çin Xalq Azadlıq Ordusunun ehtiyacları üçün istifadə olunacaq.

Bəxtiyar CƏFƏRLİ

Избранный
135
herbiand.az

1Источники