Türkiyənin Bodrum rayonunda döyülən 71 yaşlı iş adamı Kaya Sabancı xəstəxanaya aparılıb.
Publika.az xəbər verir ki, Sabancının bir restoranın açılışında bir yaşayış kompleksinin sahibinin mühafizəçiləri tərəfindən hücuma məruz qaldığı iddia edilib.
Bölgəyə sağlamlıq qrupu sövq edilib. Sabancı təcili yardımla bölgədəki özəl xəstəxanaya aparılıb. Onun sol gözündən zərbə aldığı və xəstəxanada müşahidə altında saxlanıldığı öyrənilib.
Sabancının vəkili Ömər Reşat Kayran mətbuata açıqlama verib. O, bildirib ki, Sabancı daha əvvəl kompleksin sahibi ilə ədavət yaşayıb. Davanın da bu səbəbdən baş verdiyini iddia edib.