RU

Maaşı artırılan müəllimlərin sayı 55 minə çatdırılacaq

“Bu tədris ilindən əməkhaqqısı artırılan müəllimlərin sayının 55 minə çatdırılması proqnozladırılır”. 

Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov deyib. 

O qeyd edib ki, bu günə kimi sertifikatlaşdırma prosesində iştirak etmiş 35 mindən çox müəllimin əməkhaqqısı artırılıb. 

"Sertifikatlaşdırmanın test imtahanı mərhələsi avtomatlaşdırılmış rejimdə proqram təminatı vasitəsilə həyata keçirilir. İmtahan başa çatdıqdan sonra imtahan nəticələri dərhal elan edilir. Ölkə üzrə dövlət ümumi təhsil müəssisələrində çalışan 24 064 sayda müəllim prosesə cəlb olunub. ⁠Yeni tədris ilindən təhsilverənlərin əməkhaqqısı sertifikatlaşdırmanın nəticələrinə uyğun olaraq müvafiq artımla hesablanacaq. 
Azərbaycan dili və ədəbiyyat müəllimlərinin 95 faizi, ibtidai sinif müəllimlərinin isə 86 faizi sertifikasiya prosesindən uğurla keçib. Bu, imtahanı uğurla keçməyən müəllimlərin ümumi sayından dəfələrlə çoxdur. Sertikatlaşdırmadan 51+ bal toplayan müəllimlərimizin sayı da uğurlu nəticə göstərməyən müəllimlərimizin sayından çoxdur", - deyə o bildirib. 

Bizim.Media

Избранный
122
10
bizim.media

10Источники