Olaylar.az xəbər verir ki, bunu KTMT-nin baş katibi İmanqali Tasmaqambetov bildirib.
"Ermənistan KTMT-də bizim müttəfiqimiz olub və belədir və bizim Ermənistanla bağlı bütün öhdəliklərimiz qalır. Təşkilata üzvlük məsələsinə gəlincə, bu, ölkənin suveren hüququdur və qərarıdır", - o, təşkilatın Xarici İşlər Şurasının iclası çərçivəsində deyib.
KTMT rəhbəri ümid etdiyini bildirib ki, İrəvan KTMT-yə üzvlüyü ilə bağlı "hər şeydən sonra vəziyyəti aydınlaşdıracaq" və "təşkilatda olub-olmamaq"la bağlı rəsmi qərar qəbul edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31