Profisitli tədiyə balansı valyuta bazarında tarazlığın qorunmasında həlledici rol oynayır. Bu barədə Mərkəzi Bankın faiz dəhlizinin parametrləri haqqında məlumatında qeyd olunub.
Məlumata görə, cari ilin I rübündə tədiyə balansının cari əməliyyatlar hesabındakı profisitin ümumi daxili məhsula (ÜDM) nisbəti 10,1 faiz təşkil edib: “5 ayda ölkənin strateji valyuta ehtiyatları 1,8 faiz (və ya 1,3 milyard dollar) artaraq 69,7 milyard dollara çatıb”.
ZÜMRÜD