5 ayda ölkənin strateji valyuta ehtiyatları 1.8% (və ya 1.3 mlrd. ABŞ dolları) artaraq 69.7 mlrd. ABŞ dollarına çatıb.
Bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.
Bildirilib ki, profisitli tədiyə balansı valyuta bazarında tarazlığın qorunmasında həlledici rol oynayır.
2024-cü ilin I rübündə tədiyə balansının cari əməliyyatlar hesabındakı profisitin ümumi daxili məhsula (ÜDM) nisbəti 10.1% təşkil edib.