Argentina millisinin kapitanı Lionel Messi Amerika Kuboku 2024-ün ilk turu çərçivəsində bu gecə baş tutan Kanada ilə oyunu (2:0) şərh edib.
Publika.az xəbər verir ki, 3 gün sonra 37 yaşını qeyd edəcək superulduz görüşdə qeydə alınan rekordları barədə də danışıb:
“Biz onların belə oynayacağını bilirdik. Kanada çətin komandadır, fiziki cəhətdən güclüdür, çox sürətli və aqressiv oyunçuları var. Komandamızın qələbə ilə başlaması vacibdir. Meydanın vəziyyətindən asılı olmayaraq həmişə eyni formada oynamağa çalışırıq. Bu bizim oyun üslubumuzdur və buna sadiq qalmağa çalışırıq.
Ancaq bu gün qazonun vəziyyəti arzuolunan deyildi. Buna görə də bizə bəzən emal və ya dəqiq keçidlər üçün daha çox vaxt tələb olunurdu. Bu, işləri bir az da çətinləşdirdi. Amma əsas odur ki, qalib gəldik.
Milli komanda ilə daha bir rəsmi yarışda iştirak etməkdən xoşbəxtəm. Mən həmişə deyirəm ki, rekordlara fikir vermirəm, ancaq turnirdən həzz alıram. Bir daha təkrar edirəm: əsas odur ki, qələbə ilə başladıq”.