RU

FərdiNeftçalada aerobika gimnastikası üzrə VIII ölkə çempionatı başa çatıb - YENİLƏNİB 

Neftçala şəhərində keçirilən aerobika gimnastikası üzrə VIII ölkə çempionatı yekunlaşıb.

"Far.Az"un Aran bürosunun məlumatına görə, Neftçala Olimpiya İdman Kompleksində təşkil olunan çempionatda qalib gələn, həmçinin mükafatçılar sırasına düşən iştirakçılar medallarla təltif olunub və onlara hədiyyələr verilib.

12:48

Neftçala şəhərində aerobika gimnastikası üzrə VIII ölkə çempionatı start götürüb.

"Far.Az"un Aran bürosunun məlumatına görə, əvvəlcə Neftçala Olimpiya İdman Kompleksində yarışın açılış mərasimi baş tutub.

Mükafatlar uğrunda "Ocaq Sport", "Grasiya" İK və "Sumqayıt" OİK klublarından ümumilikdə 31 idmançı mübarizəyə qoşulub.

Ölkə çempionatının iştirakçıları yeniyetmələr (2010-2012-ci il), gənclər (2007-2009-cu il) və böyüklər (2006-cı il və daha böyük) yaş kateqoriyaları üzrə balans, temp və qarışıq hərəkət proqramında mübarizə aparırlar.

Избранный
130
far.az

1Источники