RU

HƏMAS Ermənistana “təşəkkür edir”

Fələstinin HƏMAS hərəkatı Fələstini tanımaq qərarına görə Ermənistana təşəkkür edib.

 

Oxu24.com xəbər verir ki,HƏMAS bəyanatında bildirib ki, hərəkat “Ermənistanın Fələstin Dövlətini tanıması bəyannaməsini” alqışlayır və “bunu xalqımızın hüquqlarının beynəlxalq səviyyədə tanınmasının möhkəmləndirilməsi istiqamətində mühüm addım, eləcə də münasibətlər tarixində yeni bir səhifə hesab edir. ”

 

Cümə günü səhər saatlarında Ermənistan Xarici İşlər Nazirliyi ölkənin Fələstinin dövlətçiliyini tanıdığını bəyan edib.

 

İrəvan  qeyd edib ki, o, Yaxın Şərqdə sülh və sabitliyin bərqərar olmasında, yəhudi və Fələstin xalqları arasında davamlı sülhün bərqərar olmasında “səmimi maraqlıdır”.

 

Nigar

 

Избранный
128
1
oxu24.com

2Источники