RU

Rusiya hakerləri ilk dəfə Ermənistanın bir sıra rəsmi saytlarına açıq hücum etdi...- “Krasnodar ermənilərinin tələbi ilə”...

Ermənistan prezidentinin, Baş nazirinin və hüquq-mühafizə orqanlarının bir sıra saytları Rusiya hakerləri, ən böyük haker fəal qruplarından biri olan “Narodnaya CyberArmiya”,(“Xalq Kiber Ordusu”) tərəfindən sındırılıb. “DDoS” hücumu keçən həftə baş verib və qrup üzvləri bu niyyətlərini telegram-kanallarında əvvəlcədən elan ediblər.
 
Moderator.az xəbər verir ki, bu haqda “Azatutyun” məlumat yayıb.
 
“Onların orada minlərlə izləyicisi var, bir neçə telegram-kanalları var, orada nə edəcəklərini açıq şəkildə yazır və növbəti hədəflərinin hansı olacağını çox aydın şəkildə yazırlarr”, -  deyə rəqəmsal təhlükəsizlik üzrə mütəxəssis Artur Papyan bildirib. 
 
Kiber-hücum iyunun 14-15-də baş verib, hədəflər Ermənistan  Milli Təhlükəsizlik Xidmətinin, Polisin, Baş nazirin, Prezidentin, Ermənistanın Ukraynadakı səfirliyinin ya ümumiyyətlə mövcud olmayan, ya da çox qısa müddətə işləyən internet saytları olub. 
 
“İlk dəfədir ki, konkret olaraq hücuma səbəb olan bir açıqlama, aydın hərəkətlər var: Ermənistan-Rusiya və Ermənistan-Qərb münasibətləri, yəni konkret səbəbləri olan belə bir bəyanatla olan kiber-hücim ilk dəfədir”, - deyə rəqəmsal təhlükəsizlik üzrə mütəxəssis vurğulayıb..
 
“Hücumu həyata keçirən qruplaşmanın liderləri öz kanallarında bu səbəbləri göstəriblər: 
 
“Biz Ermənistan rəhbərliyinə qarşı hücuma Krasnodar ermənilərinin tələbi ilə başlayırıq, bunun bir çox səbəbləri var”. Sonra onları təfərrüatı ilə sadalayırlar: “Ermənistan liderləri artsaxı təhvil verdilər, erməni-rus dostluq münasibətlərinin pisləşməsi üçün hər şeyi etdilər, erməni-amerikan münasibətlərini istiləşdirməyə çalışırlar” və s., bütün bunları sadalayarkən sayta da istinad etdilər. Rusiya Xarici İşlər Nazirliyi Ermənistan rəsmilərinin Buçaya səfəri ilə bağlı Moskvanın İrəvana etiraz notası göndərdiyini xatırladırlar. Onlar həmçinin xatırladıblar ki, Ermənistanın “analoqu olmayan demokratik rəhbərliyi” Baqrat Qalstanyanın başçılıq etdiyi hərəkatın iştirakçılarına qarşı polis gücündən istifadə edib və sonda belə qənaətə gəliblər ki, bütün bunlar onları sadəcə olaraq hücuma keçməyə məcbur edir.
 
Lakin bu haker qrupunun birbaşa Rusiya hakimiyyəti ilə rəsmən əlaqəsi yoxdur, bu, fəallar qrupudur.
 
“Rusiya çox totalitar dövlətdir, yəni oradakı insanlar “İnstaqram”a belə girə bilmirlər və  bir neçə min nəfərlik qrup varsa və aktivdirsə, Ermənistana son kiber-hücumun Rusiyanın icazəsi ilə edildiyi açıq-aydın görünür”. Rusiyada telegram-kanalda bir neçə min nəfərlik qrupa sahib olmaq, bu şəkildə sərbəst hərəkət etmək müəyyən himayədən istifadə etmək deməkdir, çünki bu, təbii ki, Cinayət Məcəlləsi ilə cəzalandırılan əməldir”, - deyə Papyan diqqətə çatdırıb.
 
Erməni saytlarına qarşı açıq hücum ilk dəfə idisə, Rusiya ilə müharibə vəziyyətində olan Ukrayna, eləcə də Estoniya və digər ölkələr dəfələrlə Rusiya “Kiber Ordusu”nun hücumuna məruz qalıb. Odur ki, hökumət kiber təhlükəsizliyi təmin etmək üçün əlavə səylər göstərməlidir.
 
S.Laçın
 
Избранный
167
23
moderator.az

10Источники