Qubada ötən gün güclü seldən sonra baş verən çay daşqınlarının fəsadları aradan qaldırması istiqamətində işlərə gecə saatlarından başlanılıb.
Quba FHK-nın sədri Tariyel İbrahimov Bizim.Media-ya məlumat verib ki, güclü sel Cağacuqçay, Qudyalçay, Vəlvələçay, Ağçayda suyun səviyyəsinin normadan xeyli artıq qalxması səbəbindən qeydə alınıb.
Onun sözlərinə görə, yağış o qədər intensiv və güclü olub ki, 40 ilə yaxındır, suyu az olan Ağçaya da sel gəlib, bu, görünməmiş təbii hadisədir.
Komissiya sədri selin ən çox yol təsərrüfatına ziyan vurduğunu deyib. Hazırda Qonaqkənd-Yerfi, Cimi, Xaltan, Rustov istiqamətində yolların selin tör-töküntülərindən təmizlənməsi işləri və bərpası işləri aparılır.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu