RU

Gözəllik salonlarında gigiyenik qaydalara əməl olunurmu? - VİDEO

Gözəllik salonları Azərbaycanda ən gəlirli biznes sahələrindən biridir. Ona görə hər yerindən qalxan bu sahədə bacarıqlarını sınamaq istəyir. Pulu olan, ancaq nə iş quracağını bilməyən, az məbləğlə biznes sahibi olmaq istəyənlər işində uğur qazanmağı bacarmayıb başqa sahələrə üz tutanlar və sairə. Siyahını uzatmaq da olar. Çünki çoxları üçün bu kiçik, amma gəlirli sahə sayılır.

Bəs bu obyektlərdə gigiyenik qaydalara necə əməl olunur?

Milli.Az bildirir ki, bəzən başları pul qazanmağa qarışan sahibkarların, gözəllik salonlarının əsasını təşkil edən təmizliyi lap yaddan çıxarırlar. Bu da insan sağlamlığı üçün təhlükə yaradaraq bir çox xəstəliklərə yol açır.

Ətraflı "Xəzər Xəbər"in süjetində:

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Избранный
251
8
milli.az

10Источники