RU

İsrail ordusu HƏRƏKƏTƏ KEÇDİ: Rəfah şəhərinə daş üstündə daş qalmır

İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağının cənubundakı Rəfah şəhərinə irimiqyaslı zərbələr endirir.

Publika.az xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Qeyd olunub ki, iyunun 23-ü səhər saatlarında İsrail hərbçiləri Rəfaha hücumları gücləndirir, hava zərbələri endirir və şəhəri artilleriya atəşinə məruz qoyur. Onların yaşayış binalarını da partlatdıqları, şəhərin mərkəzi hissəsində helikopterlər və tanklarla döyüşdüyü bildirilir.

İyunun 20-də Rəfah şəhərinin meri Əhməd Sufi bildirib ki, İsrailin hərbi əməliyyatları Fələstin anklavının cənubunda, Misirlə sərhədə yaxın şəhərdəki binaların 70%-dən çoxunun dağıdılmasına səbəb olub .

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
104
14
publika.az

10Источники