Vyetnam xarici işlər naziri Bui Thanh Son ABŞ dövlət katibinin Şərqi Asiya və Sakit Okean məsələləri üzrə köməkçisi Daniel Krietenbrink ilə görüşüb. Görüş zamanı Vyetnamlı nazir vurğulayıb ki, Vyetnam ABŞ-ı “strateji əhəmiyyətli tərəfdaş” hesab edir.
“Vyetnam bir-birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə və siyasi institutlarına hörmət əsasında səmərəli, sabit və mənalı inkişaf üçün hərtərəfli strateji tərəfdaşlığı təşviq etmək məqsədilə regionda sülh, sabitlik, əməkdaşlıq və inkişaf naminə Birləşmiş Ştatlarla işləməyə hazırdır ki, bu da hər iki ölkə xalqının maraqlarına cavab verir”, - deyə Bui Than Son bildirib.
Hanoy şəhərinə işgüzar səfərə gələn Daniel Krietenbrink Vyetnamın çoxtərəfli və regional forumlardakı rolunu və ASEAN-da (Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası) işini qeyd edib. Tərəflər, həmçinin ikitərəfli münasibətlərin inkişafı, ticarət-iqtisadi və investisiya əməkdaşlığını müzakirə ediblər.
İyunun 19-20-də Rusiya prezidenti Vladimir Putin Vyetnamda dövlət səfərində olub. O, Vyetnam Prezidenti To Lam ilə danışıqlar aparıb, o, “Rusiya ilə ənənəvi dostluğun və hərtərəfli strateji tərəfdaşlığın” inkişaf etdiyini qeyd edib. Vladimir Putin bildirib ki, ölkələr arasında müntəzəm və mənalı siyasi əlaqələr saxlanılır, ticarət-iqtisadi əlaqələr də inkişaf edir.
S.ELAY
XQ