RU

“Turan” adını bərpa edəcəyik” – Ehtiram Quliyevdən möhtəşəm açıqlamalar

Xəbər verdiyimiz kimi, “Turan Tovuz”un İdarə Heyətinin sədri Ehtiram Quliyev dünən Tovuzda azarkeşlərlə görüşüb. “Football-plus.az” klubun sadiq azarkeşlərindən Fikrət Məmmədovun “feysbuk” hesabına istinadla Ehtiram bəyin görüşdə səsləndirdiyi ən maraqlı fikirləri təqdim edir.
* Cətinliklərdən güc alan adamam.
* Mən hədəflərlə işləyən adamam. Önümüzə hədəf qoyub, ona çatmaq üçün işləməliyik.
* "Turan-Tovuz" tək Tovuza aiddi. Amma "Turan" həm Tovuzdu, həm Gəncəbasardı, həm Azərbaycandı, həm də türk dünyasıdı. Biz "Turan" adını bərpa edəcəyik, daha böyük klub olacağıq.
* Yeni gələn məşqçi məndən qat-qat imkanlı adamdı. "Tutan"a gəlməklə işləmək istədiyini bildirdi. Heç maliyyə məsələsini müzakirə eləmədik. Yeni məşqçi ilə birillik anlaşma imzalamağa hazırlaşırdıq. Onunla söhbətdən sonra qərara gəldik ki, bu adamla uzun müddətli işbirliyi quraq. Planları böyükdür. “2+1” razılaşması etdik hələlik. Şərtimizin biri o oldu ki, yanında yerli köməkçisi olacaq. Gələcək üçün yetişməyə.
* Rüşvətlə kluba adam götürmək Vətənə xəyanətə bərabərdi.
* Ötən il kaş 8-ci olardıq, amma yerli, gənc uşaqlara şans verərdik. Baxardıq, nəyimiz var.
* Gəncə futboluna həmişə hörmətlə yanaşmışam. Ona görə meydança məsələsində onlara qapımızı açdıq. Əminəm ki, biz Konfrans Liqasında oynaya bilsək, yeni stadionlarında eyni hərəkəti edəcəklər.
* Yaxşı olardı ki, bir çayxana açılardı, komandanın azarkeşləri orada yığışardı, müzakirə aparardı, təkliflər irəli sürərdi. Biz də onları müzakirə edib, qərar qəbul edərdik.
* Hamı kimi mənim də səhvlərim olub, etiraf edirəm. Səhvlərdən nəticə çıxaracağıq.
* Çox yaxında “Youtube” kanalımızın açılmasına çalışacağıq.
* Kamal Bayramov gözəl insan, yaxşı futbolçudu. Həmişə qapımız onun üzünə açıqdı. Əminəm ki, nə vaxtsa yenidən bir yerdə işləyəcəyik. Amma onun Tovuz və "Turan" haqqında məlum fikirləri söyləməsi düz addım deyildi.
* Ayxan Abbasov yaxşı məşqçi, yaxşı dostdu. Ayrılmaq qərarını verəndə 3 gün yata bilmədim. Amma daha böyük hədəflərə çatmaq üçün bunu etməliydim.
* Əvvəl Vidadi Əhmədov vardı, ondan əvvəlkilər və sonrakılar vardı. Bu gün mən varam, mən də nə vaxtsa gedəcəm, başqası olacaq. Dəyişməyən bir şey olacaq - "Turan" sevgisi.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
97
football-plus.az

1Источники