RU

İsrail ordusu Qəzza zolağında onlarla hədəfə hücum edib

İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağında radikalların onlarla obyektinə zərbələr endirib, qoşunlar əməliyyatları davam etdirir və cənubdakı Rəfah şəhəri, eləcə də Fələstin anklavının mərkəzi hissəsində döyüşlər aparır.

"Report" xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti bildirib.

"İsrail ordusu ötən gün ərzində qoşunların tunel mədənləri və yeraltı terror infrastrukturunu aşkarladığı, təhlükə yaradan terror dəstəsini zərərsizləşdirdiyi Rəfah bölgəsində məqsədyönlü əməliyyatları davam etdirir", - mətbuat xidmətindən bildirilib.

İsrail hərbçiləri Qəzza zolağının mərkəzi hissəsində son bir gündə silahlı terror dəstələrini məhv etməyə, yaxın döyüşdə terrorçuları zərərsizləşdirməyə, həmçinin snayper atəşi ilə və pilotsuz təyyarələrdən zərbələr endirməyə davam etdiriblər.


BiG.Az
Избранный
180
1
big.az

2Источники