Dağıstanın Dərbənd və Mahaçqala şəhərlərində terror hücumu baş verib. Mahaçqalada polisə hücum olub, Dərbənddə isə kilsə və sinaqoqa silahlı hücum olub.
Nəticədə 8-i polis olmaqla, 10 nəfərin öldüyü, 25 nəfərin yaralandığı bildirilir.
Milli Antiterror Komitəsi respublika ərazisində əməliyyat rejimi tətbiq edib.
Dağıstan Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, əməliyyatın aktiv fazası başa çatıb.