RU

Dağıstanda silahlı hücum, ölən və yaralananlar var

Rusiyanın Dağıstan bölgəsində törədilən silahlı hücumlar zamanı bir polis bölməsi, bir sinaqoq və iki kilsə hədəf alınıb, nəticədə 6 polis və bir keşiş həyatını itirib, 4 cinayətkar zərərsizləşdirilib.
Rusiya Daxili İşlər Nazirliyindən verilən yazılı açıqlamada, dünən yerli vaxtla saat 18:00 radələrində naməlum silahlı şəxslərin Maxaçqalada polis bölməsinə və Dərbənddə iki kilsə və sinaqoqa hücum etdiyi bildirilib. Açıqlamada hadisə nəticəsində 6 polisin öldüyü, 12-nin yaralandığı qeyd edilib.
Açıqlamada həmçinin hücum zamanı bir keşişin də həyatını itirdiyi bildirilib.
Dağıstan Daxili İşlər Nazirliyindən verilən açıqlamada 4 cinayətkarın zərərsizləşdirildiyi vurğulanıb.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
64
trt.net.tr

1Источники