RU

İran 8 ildən sonra bu ölkə ilə əlaqələri bərpa edir

İran və Bəhreyn diplomatik əlaqələrin bərpası üçün ikitərəfli danışıqlara başlamaq qərarına gəlib.

Publika.az xəbər verir ki, İran Xarici işlər nazirinin vəkili Əli Bakıri və Bəhreyn xarici işlər naziri Əbdüllətif bin Rəşid əz-Zeyyani paytaxt Tehranda görüşüblər.

Onlar görüşdə Tehran və Manama arasında 8 il əvvəl kəsilən diplomatik əlaqələrin bərpası üçün razılığa gəliblər.

Qeyd edək ki, 2016-cı ildə Səudiyyə Ərəbistanında şiə din xadimi Nimr ən-Nimr də daxil olmaqla 47 nəfər terrorçuluq ittihamı ilə edam edilib. Bu səbəbdən İranda nümayişçilər Səudiyyənin Tehrandakı səfirliyini və Məşhəd konsulluğunu yandırıblar. Hadisələrdən sonra İranın bir çox ölkələrlə, o cümlədən Bəhreynlə diplomatik əlaqələri kəsilib.

Избранный
107
50
publika.az

10Источники