RU

Borrell: Belə davam edərsə, Gürcüstan üçün Aİ-nin qapısı bağlana bilər

Bu gün Aİ Xarici İşlər Şurasının iclasında Gürcüstandakı vəziyyət müzakirə olunacaq.

APA xəbər verir ki, bunu iclasdan əvvəl jurnalistlərə açıqlamasında Aİ-nın xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell bildirib.

"Bir məsələ aydındır ki, Gürcüstanın üzvlüyü üçün Aİ-nin qapısı açıqdır, ancaq Gürcüstan hökuməti eyni yolla getməyə davam edir, addımlarını davam etdirirlər. Belə halda qapı bağlanacaq. Bunun bədəlini Gürcüstan xalqı ödəyəcək. Hətta Avropa perspektivi ləğv oluna bilər. Biz burada ciddi məsələlərdən danışırıq. Əgər bu belə davam edərsə, Aİ-nin qapısı Gürcüstan üçün açıq olmayacaq", - Aİ-nin baş diplomatı vurğulayıb.

Cozep Borrell əlavə edib ki, bugünkü iclasda XİN rəhbərləri Gürcüstanla bağlı qısa və orta müddətdə atılacaq addımları müzakirə edəcəklər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
57
3
apa.az

4Источники