Türkiyə Böyük Millət Məclisində (TBMM) deputat sayının azaldılması təklif olunub.
“Cebhe.info” xəbər verir ki, bunu Cümhuriyyət Xalq Partiyası (CHP) təklif edib.
Belə ki, CHP-nin Gürsel Erol deputat sayının çox olduğunu deyib:
“Nə üçün 600 millət vəkili olmalıdır? 450 millət vəkili bu ölkəyə bəs etməz ki? Niyə bəs etməsin? Millət vəkili sayının dəyişdirilməsi, azaldılması lazımdır”.