RU

10 milyonluq əmlak üzərindən həbs götürüldü

Xəbər verdiyimiz kimi, Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədov 11 il 6 müddətinə azadlıqdan məhrum edilib.

İqtisadiyyat.az qafqazinfo-ya istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə eks-icra başçısının iki əmlakı üzərindən həbs qərarı götürülüb.

Bunlar bazar dəyəri 8 milyon 270 min manat qiymətləndirilən “Azfarel” MMC balıqyetişdirmə və emalı müəssisəsi və 1 milyon 335 min manatlıq “Abad Şəmkir” MMC-yə məxsus daşınan və daşınmaz əmlaklardır.

A.Məmmədovun Bakıda yerləşən 676 min manatlıq iki mənzili isə dövlət nəfinə müsadirə edilib.

Избранный
77
24
iqtisadiyyat.az

10Источники