RU

“Azfarel” şirkəti daxil 10 milyonluq əmlakı üzərindən həbs götürüldü

Xəbər verdiyimiz kimi, Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədov 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Məlumata görə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə eks-icra başçısının satılmış və dəyəri dövlət büdcəsinə vurulmuş ziyana yönəldilməsi ilə əlaqədar məhkəmə depozitinə köçürüldüyündən iki əmlakı üzərindən həbs qərarı götürülüb.

Bunlar bazar dəyəri 8 milyon 270 min manat qiymətləndirilən “Azfarel” MMC balıqyetişdirmə və emalı müəssisəsi və 1 milyon 335 min manatlıq “Abad Şəmkir” MMC-yə məxsus daşınan və daşınmaz əmlaklardır.

A.Məmmədovun Bakıda yerləşən 676 min manatlıq iki mənzili isə dövlət nəfinə müsadirə edilib.

© “Qafqazinfo”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
43
24
marja.az

10Источники