Avropa İttifaqı Rusiyaya qarşı 14-cü sanksiyalar paketi çərçivəsində Rusiyanın mayeləşdirilmiş təbii qazının (LNG) Avropa limanları vasitəsilə tranzitinə məhdudiyyətlər qoyub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Aİ Şurasının internet saytında sənəd dərc edilib.
Məlumatda bildirilir ki, Aİ üçüncü ölkələrə daşınma əməliyyatları üçün Rusiya LNG-nin Aİ ərazisində yenidən yüklənməsi xidmətlərini qadağan edəcək:
“Bu, həm gəmidən gəmiyə, həm də gəmidən sahilə köçürmələri, eləcə də yenidən yükləmə əməliyyatlarını əhatə edir”, - deyə məlumatda qeyd edilir.
Günel Abbas