“Sumqayıt”ın Konfrans Liqasının 2-ci təsnifat mərhələsində qarşılaşacağı “Fehervar”la cavab matçının keçirilmə tarixi dəyişdirilib.
Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, UEFA-nın qərarına əsasən oyun nəzərdə tutulduğu kimi avqustun 1-də yox, iyulun 31-də keçiriləcək.
Qeyd edək ki, “Sumqayıt” və “Fehervar” arasındakı ilk oyun iyulun 25-də Azərbaycanda baş tutacaq.