Ermənistan Xarici İşlər Nazirliyi Dağıstanda baş verən terror aktları ilə bağlı Rusiya tərəfinə başsağlığı verib.
Modern.az xəbər verir ki, bu barədə nazirliyin rəsmi X səhifəsində paylaşım edilib.
"Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Biz terrorizmi bütün təzahürlərində qəti şəkildə pisləyirik", - paylaşımda qeyd olunub.
Qeyd edək ki, dünən axşam saatlarında Dərbənddə yerləşən kilsə və sinaqoqa terror hücumları olub. Ölən və yaralananlar var.