RU

52 yaşlı tanınmış meyxanaçı nişanlandı

Tanınmış meyxanaçı Vüqar Qobulu (Vüqar İmamcanov) ailə həyatı qurmağa hazırlaşır.

Yenilik.az olay.az-a istinadən xəbər verir ki, o, ötən gün sənət yoldaşları və yaxınlarının iştirakı ilə nişan mərasimi keçirib. Bu, 52 yaşlı söz ustadının ilk evliliyi olacaq.
Qeyd edək ki, "De, gəlsin!" yarışmasından tanınan meyxanaçı Vüqar Qobulu bir müddət əvvəl "Maqazin Plus"a açıqlama verərək evlilik təklifinin qarşı tərəfdən gəldiyini bildirib. Xanımın məşhur biznesmen ailəsindən olduğunu bildirən meyxanaçı toyunu tam fərqli şəkildə keçirəcəyini də demişdi. O, sağdış və soldış olaraq həmkarları Balaəli Maştağalı və Orxan Lökbatanlını görmək istədiyini söyləmişdi.
Избранный
113
28
yenilik.az

10Источники